Səudiyyə 40 yaşından yuxarı əfqanlara Həcci qadağan etdi

Rəsmi Riyad 40 yaşından aşağı olan əfqanlılara ümrə Həcc vizası verməyəcəyini açıqlayıb
    
İslamazeri.az-ın “Ufuq” portalına istinadən verdiyi xəbərə əsasən, Əfqanıstan XİN bu qərardan sonra ölkədə olan Səud səfirini tələb edərək bu barədə izahat tələb edib. Səfir bununla bağlı tutarlı heç bir səbəb gətirə bilməyib.
 
XİN sözçüsü Şəkib Müstəğni bu problemin həlli üçün bir qrup əfqan rəsmisinin Ərəbistana səfər edəcəyini bildirib.
 
Qeyd edək ki, Səud rejimi ötən il də 30 yaşdan aşağı olan Əfqanıstan vətəndaşlarına viza verməkdən imtina etmişdi.
 

 

Google+ WhatsApp ok.ru