Səudiyyə Ərəbistan Qətif bölgəsindən olan 14 şiə etirazçını edama məhkum edib

Maide.Az  Presstv-yə istinadən  xəbər verir ki, Səudiyyə rejim məhkəməsi Əl-Şərqiyyə əyalətinin Qətif bölgəsindən olan  14 şiə  etirazçı haqqında  ölüm hökmü çıxarıb. 
Məhkəmə 9 nəfərə isə həbs cəzası kəsib.  Səudiyyə rejim məhkəməsi  etirazçılara terrorçu damğası vuraraq ölüm hökmü çıxarıb.  
Qeyd edək ki, ötən il  Səudiyyə Ərəbistanın  tanınmış şiə alimi Şeyx Nimr  rejim tərəfindən  beynəlxalq  qınaqlara baxmayaraq edam  edilərək  şəhid edilmişdi. 
 

Google+ WhatsApp ok.ru