Səud rejiminin hücumu Təiz əhalisinin problemlərini daha da ağırlaşdırıb

Səud rejiminin hücumu Təiz əhalisinin problemlərini daha da ağırlaşdırıb

Səudiyyəli təcavüzkar koalisiya və muzdluların Yəmənin müxəlif bölgələrinə hücumlarının davam etməsi ilə Yəmənin cənubunda Təiz vilayəti əhalisi bir çox problem, o cümlədən su və elektrik çatışmazlığı ilə üzləşib.
 
Maide.Az-ın xarici mediaya istinadən məlumat verir ki, təcavüzkar koalisiyanın hücumlarında Yəmənin cənubunda Təiz vilayətinin infrastrukturunun dağıldığına görə, sakinlər su çatışmazlığı və elektrikin verilməməsindən əziyyət çəkir. Halbuki bu bölgədə havanın temperaturu yüksəlmiş və həyat insanlar üçün daha da dözülməz olmuşdur.
 
Şəhər sakinlərinin problemi mübarək Ramazan ayında daha da artmışdır.
 
Məlumata görə, Təiz şəhərində havanın temperaturunun yüksəlməsi və səudiyyə rejiminin infrastruktur obyektlərə hücumuna görə, elektrikin tam şəkildə kəsilməsi ilə bir çox sakin ev-eşiyini tərk etəyə məcbur olub.
 
Qeyd edək ki, Ərəbistan bir sıra ərəb ölkəsi ilə birlikdə ötən ilin martından Yəmənə qarşı hərətərəfli hücumlara başlayıb. Bu hücumların bəhanəsi Əbd Rəbbə Mənsur Hadini yenidən hakimiyyətə qaytarmaqdır. İndiyə qədər bu hücumlarda minlərlə nəfər ölüb və yaralanıb.

Google+ WhatsApp ok.ru