Sərnişinlər bu xəbəri mütləq izləsin - yeni avtobus xətləri açılır -VİDEO

Sərnişinlər bu xəbəri mütləq izləsin - yeni avtobus xətləri açılır -VİDEO

Hazırda Bakıətrafı kənd və qəsəbələrdən şəhərin mərkəzinə gəlmək üçün bir sərnişin azı 2 avtobus dəyişir. Ancaq yaxın vaxtlarda bu problem aradan qalxacaq. Avqust ayından etibarən birbaşa şəhər mərkəzinə yeni avtobus xətləri açılacaq.
 
Paytaxtətrafı kənd və qəsəbələrdən şəhərə gələnlər bir neçə avtobus dəyişməyəcək. Çünkü yaxın vaxtlarda sərnişin axınının çox olduğu kənd və qəsəbələrdən şəhərin mərkəzinə yeni marşurut xətləri açılacaq
 
Artıq Bakı Nəqliyyat Agentliyi tərəfinən sərnişin axını və xətlərdəki avtobusların vəziyyətinin yoxlanılması üçün işçi qrupu da yaradılıb. Bu yenilik avqust ayından etibarən tətbiq edilməyə başlanacaq.
 
Bu xəbərə ən çox sevinənlər isə sözsüz ki, sərnişinlər oldu. Bu arada yay mövsümünə keçidlə əlaqədər bəzi avtobus xətləri çimərlik və bağ massivlərinə qədər uzadılıb.
 

Google+ WhatsApp ok.ru