Səudların Yəmən xalqına qarşı cinayətləri davam edir

Səudların Yəmən xalqına qarşı cinayətləri davam edir

Səudiyyə qırıcıları Yəmənin müxtəlif şəhərlərində yaşayış massivlərini bombardman ediblər.

Maide.Az xəbər verir ki, səudiyyə qırıcıları və casusluq təyyarələri Yəmənin müdafiəsiz xalqına qarşı cinayətlərinin davamında bu ölkənin Səədə vilayətinin qərb qəsəbələri və Marəb vilayətinin səmasında uçaraq, Yəmənin şimalındakı Cuf vilayətində yerləşən Xəbb və Əlşəəb qəsəbəsini bombalayıblar.

Səudiyyə ordusu qırıcılarının Yəmənin Həccə vilayətindəki Hirz sərhəd şəhərinə qarşı raket və artilleriya hücumlarına məruz qoyub.

Ərəbistan bəzi region ölkələrinin həmkarlığı və Amerikanın müşayiəti ilə 2015-ci ilin martından Yəmənə qarşı geniş hücumlara başlayıbdır ki, istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadini Yəmən hakimiyyətinə qaytarmış olsun.

Bu hücumlar nəticəsində minlərlə yəmənli, o sıradan qadın və uşaq həlak olub və ya yaralanıb; on minlərlə nəfər didərgin düşüb və Yəmənin infrastruktur, xidmət və müalicə təsisatlarına ciddi xəsarətlər dəyibdir. /

Google+ WhatsApp ok.ru