Səudiyyədə zəvvarlarla dolu avtobus qəzaya uğrada: ölənlər və yaralananlar var 04 İyul 2016 01:00 Dünya Hadisə Ər-Riyad və Ət-Taif şəhərləri arasındakı yolda baş verib. İslamazeri.az-ın “islam-today” saytına istinadən verdiyi xəbərə əsasən, Səudiyyə Ərəbistanında baş vermiş qəzada 13 zəvvar dünyasını dəyişib. Hadisə Ər-Riyad və Ət-Taif şəhərləri arasındakı yolda baş verib. Qəzada həyatını itirmiş 10-dan çox insanla yanaşı, xəsarət alanlar da vardır. Onları sayı, ən azı 36 nəfər təşkil edir. İlkin versiyaya əsasən, bədbəxt hadisə avtobusun qabaq təkərinin partlaması nəticəsində baş verib. Lakin digər bir versiyaya əsasən, avtobusun sürücüsü avtobusu idarə etmək üçün öz azyaşlı oğluna sükanı verib, bundan az bir zaman sonra avtobus qəzaya uğrayıb və aşıb. Məlumdur ki, başıbəlalı avtobusda olmuş zəvvarlar kiçik Həcci – Ümrəni yerinə yetirirdilər. Həyatlarını itirənlərin çoxusu Misir vətəndaşlarıdırlar. Teqlər : #Səudiyyədə zəvvarlarla dolu avtobus qəzaya uğrada: ölənlər və yaralananlar var , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya Türkiyənin `İncirlik` bazasından istifadə edə bilər Rusiyadan Türkiyə kurortlarına səfərlər 30 faiz ucuz olacaq
Ukrayna müsəlmanları qadınlara sənədlərdə hicablı foto çəkilməsi qanununun icrası xərclərinin təmini üçün maddi yardım toplayıb