Səudiyyə Ərəbistanı səfirliyi zəvvarlara vizaların verilməsinin ləngiməsinə münasibət bildirib 15 İyul 2016 01:00 Münasibət Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlara vizaların verilməsi ilə bağlı ləngimənin yaranması barədə xəbərinə Səuidyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyi münasibət bildirib. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Məlumatda bildirilir ki, səfirliyin vizaları verməsində heç bir ləngimə yoxdur. Qafqaz Müsəlmanları İdarəsinnin açıqladığı kimi, vizalar iyulun 20-dən veriləcək. Qeyd edək ki, Qafqaz Müsəlmanları idarəsi zəvvarlara vizaların verilməsi müddətinin 10-dan 20-ə qədər uzadıldığını və ləngidiyini bildirib. Xəbərin verildiyi gün səfirliyin əməkdaşı RAsim Abdullayev APA-ya bildirib ki, səfirlik QMİ açıqlama yaymamış məsələyə münasibət bildirmək istəmir. Teqlər : #Səudiyyə Ərəbistanı səfirliyi zəvvarlara vizaların verilməsinin ləngiməsinə münasibət bildirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əsəd: ABŞ-ın son liderlərinin xarici siyasət təcrübəsi yox idi İran XİN başçısı: `Region ölkələrində hərbi çevrilişlərə yer yoxdur`