Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir: 22 nəfər həlak olub, 17 nəfər yaralanıb

Səudiyyə rejiminin Yəmənə təcavüzü davam edir: 22 nəfər həlak olub, 17 nəfər yaralanıb

Səudiyyə Ərəbistan rejiminin  Yəmənin müxtəlif bölgələrini bombalaması nəticəsində ən azından 22 nəfər həlak olub, 17 nəfər yaralanıb. 
 
Maide.Az xəbər verir ki,  Səudiyyə qırıcıları bu gün səhər Əl-Hədidə əyalətində iki yanacaq daşıyan avtomobili hədəf alıblar. Bu hücumda bir nəfər həlak olub, 2 nəfər yaralanıb. 
 
Bundan başqa Ərəbistan qırıcıları  Cof əyalətində Məslub bölgəsini, Təzz əyalətində Məxa və əl-Vazie bölgələrini də bombalayıb. Bu hücumlar zamanı da onlarla insan həyatını itirib və yaralananlar var. 
 
Qeyd edək ki, Yəmən əl-yovm xəbər prtalının məlumatına görə, Səudiyyə Ərəbistanın ötən günki hücumları zamanı 20 nəfər həlak olub, 16 nəfər yaralanıb. 
 

Google+ WhatsApp ok.ru