Səudiyyə rejimi Məkkənin müqəddəsliyinə zərər vuran dünyanın ən böyük otelini inşa edir(VİDEO)

Səudiyyə rejimi Məkkənin müqəddəsliyinə zərər vuran dünyanın ən böyük otelini inşa edir(VİDEO)

İnşaatı davam edən və gələn il açılışı planlaşdırılan Abraj Kudai oteli 10 min otağa malik olacaq.
 
Deyerler.org xəbər verir ki, Abraj Kudai oteli 30 və 48 mərtəbə hündürlüyündə 12 qüllədən ibarət olacaq. Oteldə 70 restoran, böyük bir ticarət mərkəzi, avtobus dayanacağı, konfrans mərkəzi və böyük ziyafət salonu da olacaq.
 
"Məscid-ul-Həram"a 2 kilometr məsafədə inşa edilən otelin beş mərtəbəsinin Səudiyyənin kral ailəsinə ayrılacağı bildirilib. Otelin, hazırda dünyanın ən böyük otelləri sayılan Malayziyadakı 7351 otaqlı First World Otel ilə Las Veqasdakı 5044 otaqlı MGM Grand Oteldən daha böyük olacağı qeyd olunur.
 
Digər tərəfdən, neftin qiymətinin aşağı düşməsi və Yəməndəki hərbi əməliyyatlar səbəbilə iqtisadi böhranla üzləşən Səudiyyə rejimi otelin tikintisini vaxtında tamamlaya bilər. Otelin, həmçinin Məkkənin müqəddəsliyinə və əzəmətinə də zərər vurduğunu deyirlər.
 

Google+ WhatsApp ok.ru