Səudiyyə Ərəbistanı Yəməni bombaladı: 50 ölü, çox sayda yaralı var

Səudiyyə Ərəbistanı Yəməni bombaladı: 50 ölü, çox sayda yaralı var

Səudiyyə Ərəbistanı rəhbərliyi Yəmənin Haccə vilayətini koalisiya qüvvələrinin hava dəstəyi ilə bombalayıb. Husilər və keçmiş prezident Əli Abdulla Salehin tərəfdarları ilə baş verən qarşıdurmada 50 nəfərin öldüyü bildirilib.
 
Yəmən Müdafiə Nazirliyindən verilən açıqlamda bildirilib ki, koalisiya qüvvələrinə məxsus döyüş təyyarələri, Səudiyyə Ərəbistanı sərhədində yerləşən Haccə vilayətində qüvvələrimizin toplandığı hədəfə qırx hava hücumu təşkil edib. Nəticədə 50 nəfər ölüb, çox sayda yaralı var.

Qeyd edək ki, Yəmən, bir ildən artıqdır ki, Səudiyyə Ərəbistanı rəhbərliyi nəzarətindəki koalisiya qüvvələrinin dəstəyi ilə bombalanır. Bu hücumlar nəticəsində bu günə kimi minlərl
ə günahsız insan dünyasını dəyişib. (faktxeber) /

Google+ WhatsApp ok.ru