Səud rejimi Yəmən xalqına Həcci qadağan edib

Səud rejimi Yəmən xalqına Həcci qadağan edib

 
Yəmən Alimləri Birliyi Səudiyyə rejiminin Yəmən xalqının bu ilki həcc mərasimlərinə qatılmasına mane olmasını qınayıb.
 
Əl-Aləm-ə istinadən xəbər verilir ki, Yəmən Alimləri Birliyi dünən verdiyi bəyanatında, Səudiyyə Ərəbistanı rejiminin Yəmən xalqını bu ilki həcc mərasimlərində iştirakına mane olmasını İslam dinindən kənar bir hərəkət olduğunu bildirib.
 
Bəyənatda Ali Səud sülaləsinin müqəddəs Məkkə və Mədinə şəhərlərini öz rəhbərliyi altına almasının qeyri-qanuni olduğu vurğulanıb. Yəmən Alimləri Birliyi İslam aləminə müraciət edərək, Səudiyyə rejiminin bu özbaşınalıqlarının qarşısını almağa səy etmələrini istəyib: "Həcc bütün müsəlmanların ən vacib haqqıdır və müsəlmanların qətiyyən həccdə iştirakının qarşısı alınmamalıdır".
 
Qeyd edək ki, Səudiyyə rejimi iki ildir Yəmən xalqının həcc mərasimində iştirak etməsinə mane olur. (deyerler.org) /

Google+ WhatsApp ok.ru