Səfir: İranın Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib

Səfir: İranın Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib

 
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda ermənilərin idman olimpiadasının keçirilməsinin və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə məlumatlara münasibət bildirib.
 
İranın Azərbaycandakı səfirliyindən Maide.Az-a daxil olan məlumata görə, M.Pakayinin açıqlamasında deyilir: "İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili bir tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq keçirilir. Yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq olaraq bu yarışlarda iştirak etmək üçün dəvət etmişdir və bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməmişdir. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılşadırılmadan həyata keçirilmişdir. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak etmişlər".
 

 

Google+ WhatsApp ok.ru