Səhiyyə Nazirliyi: Azərbaycanda 15 yaşdan yuxarı olanların 36 faizi siqaret çəkir

Səhiyyə Nazirliyi: Azərbaycanda 15 yaşdan yuxarı olanların 36 faizi siqaret çəkir

 
Bu gün Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda tütnlə mübarizə qanunvericiliyinin gücləndirilməsi” layihəsi üzrə texniki məsləhətçi qrupun (TMQ) I iclası keçirilib. APA-nın xəbərinə görə, iclas tütünlə mübarizəyə dair tədbirlər planı müzakirə edilib.
 
İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, hər il dünyada tütünçəkmə nəticəsində 6 milyon insan dünyasını dəyişir. T.Musayev qeyd edib ki, onlardan 10%-i passiv tütün çəkənlərin payına düşür: “Dünya əhalisinin 30%-I siqaret çəkir. Siqaret çəkmə qadınlara nisbətən kişilər arasında daha çox yayılıb. Dünyada uşaqlaın 50%-i tütün tüstüsünə məruz qalır. Iş yerlərində hər il  tütün tüstütsü nəticəsində 200 min insan dünyasını dəyişir. Hesablamara görə, 2030-cu ilədək tütükçəkmə 175 milyon insanın həyatına son qoyacaq”.
 
T.Musayev vurğulayıb ki, Azərbaycanda isə 15 yaşdan yuxarı olanların 36%-i siqaret çəkir. Ölkədə ağciyər xəstəliklərindən ölən 35 yaşdan yuxarı kişilərin 85%-də əsas səbəb olaraq tütünçəkmə göstərilir.
 
İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov isə bildirib ki, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” tam zamanında verilən qərarlardan biridir. Onun sözlərinə görə, bu gün bütün dünya ölkələrində qeydə alınan ölüm hallarında qeyri-infeksion xəstəliklərin (QİX) payı 60% təşkil edir: “Heç bir tədbir görülməzsə 2020-ci ilədək bütün ölüm hallarında QİX-nin payı 73%-dək artacaq. Qeyri-infeksion xəstəliklərə ürək-qan damar, diabet, xərçəng, tənəffüs xəstəlikləri və digərləri daxildir. Bunların da yaranmasının əsas səbəbləri alkoqol, qeyri-sağlam qidalanma, fiziki aktivliyin olmaması, xüsusilə tütünçəkmədir”. /

Google+ WhatsApp ok.ru