Səudiyyə Ərəbistanı OPEK ilə məxfi saziş bağlamağa çalışıb

Səudiyyə Ərəbistanı OPEK ilə məxfi saziş bağlamağa çalışıb

 
Əlcəzairdə OPEK üzvlərinin  qeyri-formal görüşündə Səudiyyə Ərəbistanı İrana məxfi sövdələşmə təklif edib.
 
FaktXəbər-in məlumatına görə, bu barədə "The Wall Street Journal" şəxsi mənbələrinə istinadən yazıb.
 
Məlumatda bildirilir ki, Səuriyyə İrandan neft hasilatını sutkata 3.2 milyon barrel səviyəsində saxlamağını istəyib. Bunun müqabilində isə Ər-Riyad öz neft hasilatının həcmini 400 min barrelə kimi azaltmağa söz verib. Lakin İranın neft naziri sövdələşmədən imtina edərək, neft hasilatını tezliklə sutkada 4.2 milyon barrela çatcıracağını deyib.
 
Qeyd edək ki, sentyabrın 28-i OPEK ölkələri Əlcəzairdə keçirdikləri qeyri-formal görüşdə neft hasilatı ilə bağlı müəyyən razılığa gəliblər. /

Google+ WhatsApp ok.ru