Səudiyyə qırıcıları Sənada yas mərasimini bombaladı: ölənlərin sayı 160 nəfəri keçib-FOTO-VIDEO

Səudiyyə qırıcıları Sənada yas mərasimini bombaladı: ölənlərin sayı 160 nəfəri keçib-FOTO-VIDEO

Təcavüzkar Səudiyyə Ərəbistanın Yəmənin Səna şəhərində yas mərasimini bombalaması nəticəsində şəhid olanların sayı 160 nəfərə çatıb. 

Maide.Az xəbər verir ki, təhlükəsizlik qaynaqları bildiriblər ki, Səudiyyə rejim qırıcıları Sənanın cənubunda Əl-Xəmisin bölgəsində yas mərasim zalını 3 dəfə bombalayıblar. 500 nəfərə yaxın insanın yaralandığı bildirlir. 

Xilasetmə işləri davam edir və dağıntılar altında qalanların xilas edilməsinə çalışır. Ölən və yaralananların dəqiq sayı bilinmir. Ölənlərin sayının artacağı ehtimal olunur.  

Səudiyyənin cinayətkar rejimi ötən il oktyabr ayında Dimar əyalətində toy mərasimini bombalamışdı. Həmin vaxt 155 nəfər həyatını itirmişdi.

Ənsarullahın sözçüsü Məhəmməd Əbdül-Salam deyib ki, Səudiyyənin bu cinayətinə layiqli cavab veriləcək. "Bu cinayətlərə görə BMT və Dünya birliyi məsuliyyət daşıyır. Beynəlxalq güclər Səudiyyə rejiminə bu icazəni veriblər ki, Amerikanın silahları ilə Yəmən xalqını tikə-tikə etsinlər". 

Yəmən Siyasi Ali Şurası da bəyanat yayaraq bazar günü BMT-nin Sənadakı binasının qarşısında  "qəzəb dalğası" adlı mitinq keçirəcəyini açıqlayıb, əhalini həmin mitinqdə iştirak etməyə çağırıb. 

 

 

 

Google+ WhatsApp ok.ru