Səudiyyənin Sənada  ötən günki cinayətinin qurbanlarının sayı artır:  458 şəhid, 356 yaralı

Səudiyyənin Sənada ötən günki cinayətinin qurbanlarının sayı artır: 458 şəhid, 356 yaralı

"Əl Məyaden"  kanalının məlumatına görə,  Səudiyyə Ərəbistanın ötən gün Sənada yas mərasimini bombalaması nəticəsində ölənlərin sayı artıb.  
 
Maide.Az xəbər verir ki,  kanalın məlumatına görə  Yəmən Xalq Konqresi Partiyasının baş katibi Yasir  Əl-Aavasi bildirib ki, Səudiyyənin Sənada törətdiyi cinayət nəticəsində  458 nəfər şəhid olub və  356 nəfər yaralanıb. 
 
Məlumatda bildirilir ki, ötən günki yas mərasimi Yəmənin daxili işlər nazirinin atasının yas mərasimi olub. 
 
Al-Aləm kanalı isə məlumat verib ki, Yəmən Alimlər Birliyi  cihad hökmu verib və bu ölkənin əhalisini  Səudiyyə Ərəbistana qarşı mübarizə meydanlarında daha aktiv və geniş formada iştirak etməyə çağırıb.  “Hər kəs əlinə silah ala bilirsə Səudiyyə Ərəbistan əleyhinə olan  bu cihada qoşulması  vacibdir.”
 
Yəmən Alimlər Biliyi  həmçinin  müsəlman ölkələrdən  istəyib ki,  Ərəbistanın Yəmənə qarşı  vəhşicəsinə olan təcavüzünə qarşı açıq mövqe ortaya qoysunlar. 
 

Google+ WhatsApp ok.ru