Sənada Ərəbistanın dəhşətli cinayəti əleyhinə etiraz aksiaysı keçirilib – VİDEO

Sənada Ərəbistanın dəhşətli cinayəti əleyhinə etiraz aksiaysı keçirilib – VİDEO

Ötən gün  Səudiyyə Ərəbistanın Yəmənin paytaxtı Sənada yas mərasimində törətdiyi dəhşətli cinayətdən bir gün sonra on minlərlə  yəmənli küçələrə axışıb və Səudiyyənin bu cinayətini pisləyiblər. 
 
Maide.Az xəbər verir ki,  “qəzəb vulkanı” adlı etiraz aksiyasında iştirak edənlər  təcavüzkar Səudiyyənin hücumlarını pisləyib və bu hücumların dayandırılmasını tələb ediblər. Etirazçılar Səud rejiminin cinayətlərini qınayaraq, beynəlxalq təşkilatların bu hadisələrə səssiz qalmasına etiraz ediblər
 
Aksiya BMT-nin Yəməndə olan ofisi önündə keçirilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanın Sənada yas mərasimini bombalaması nəticəsində 900-ə yaxın insan ölüb və yaralanıb.  
 
 Yəmən Alimlər Birliyi  cihad hökmu verib və bu ölkənin əhalisini  Səudiyyə Ərəbistana qarşı mübarizə meydanlarında daha aktiv və geniş formada iştirak etməyə çağırıb.  “Hər kəs əlinə silah ala bilirsə Səudiyyə Ərəbistan əleyhinə olan  bu cihada qoşulması  vacibdir.”
 
Yəmən Alimlər Biliyi  həmçinin  müsəlman ölkələrdən  istəyib ki,  Ərəbistanın Yəmənə qarşı  vəhşicəsinə olan təcavüzünə qarşı açıq mövqe ortaya qoysunlar. 
 
 

Google+ WhatsApp ok.ru