Sənədsiz evlərin problemi həll olunacaq – AÇIQLAMA

Sənədsiz evlərin problemi həll olunacaq – AÇIQLAMA

Bu il prezident "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 2016-cı il 14 iyun tarixli 297-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. 
 
Amma nədənsə sənədsiz evlərlə bağlı problem həll olunmaq bilmir ki, bilmir...
 
Fins.az-ın verdiyi məlumata əsasən, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov dediyinə görə, problem həll olunmaq üzrədir:
 
“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”.
 
Deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda edilən dəyişikliklərə görə, bu sahədə heç bir problem olmayacaq:
 
“Cənab Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək.
 
2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”.
 

Google+ WhatsApp ok.ru