Səudiyyə Ərəbistanı və Misir arasında gərginlik daha da dərinləşir

Səudiyyə Ərəbistanı və Misir arasında gərginlik daha da dərinləşir

Səudiyyə Ərəbistanı və Misir arasında yaranan gərginliyin nəticəsi olaraq rəsmi Ər-Riyad Misir vətəndaşlarına viza verməyi dayandırıb. 
 
Maide.Az xəbər verir ki, Səudiyyə Ərəbistanın Qahirədki səfirliyi Misir vətəndaşlarına viza verməyi dayandırıb.  Vizanın verilməsinin nə zaman yenidən başlanacağı bildirilmir.
 
Riyad  və Qahirə arasında  gərginlik Misirin Rusiyanın Suriya ilə bağlı qətnamə layihəsini dəstəkləməsindən sonra  üzə çıxdı.  Çünki Ali SƏud rejimi bu qətnamə layihəsinin əleyhinə idi.   
 
Həmçinin bildirilir ki, Səudiyyə Ərəbistanı Milli Neft Şirkəti (Aramku) bu ayın əvvəlində Misirə neft göndərilməsi dayandırıb. Şirkət Misirə 700 min ton neft verməli idi.
 
Misir neft nazirliyinin əməkdaşlarından birinin verdiyi açıqlamaya görə, Misir dövlət rəsmiləri düşünürlər ki, Ərəbistanın bu qərarı siyasi qərardır. Mümkün dür ki, ilin sonuna kimi belə davam etsin. 
 
Misir mətbuatı Səudiyyə Ərəbistanın bu addımları  sərt tənqid edir və  müxtəlif yazı və məaqələr dərc edirlər. 
 
 

Google+ WhatsApp ok.ru