Səudiyyə Ərəbistan rejimi Suriyada terrorçuları dəstəklədiyini etiraf etdi

Səudiyyə Ərəbistan rejimi Suriyada terrorçuları dəstəklədiyini etiraf etdi

Səudiyyə Ərəbistan rejimi Suriyada Hələbin terrorçulardan təmizlənməsinə münasibət bildirib və elan edib ki, Suriya hökuməti devrilənədək terrorçuları dəstəkləməyi davam etdirəcək. 
 
Maide.Az xəbər verir ki, "Əl-Xəlic-Əl-Cədid" xəbər saytı məlumat verir ki, Səudiyyə Ərəbistan rejiminin Misirdəki səfiri Əhməd Qəttan cümə axşamı deyib ki, rəsmi Riyad Suriya prezidenti Bəşşar Əsəd hökumətini devirənədək “müxalifləri” dəstəkləyəcək. 
 
2015-ci ilin mart ayından Yəmənə təcavüz edərək bu ölkəni yerlə yeksan edən, minlərlə dinc sakini qətliam edən, bir sözlə Yəməndə soyqırım həyata keçirən Səudiyyə Ərəbistan rejiminin Qahirədəki səfiri Ə.Qəttan Bəşşar Əsədi və müttəfiqlərini “dünyanın gözü qarşısıında qətliam” törətməkdə ittiham edib. 
 
Səudiyyə rejiminin Ərəb Birliyində nümayəndəsi olan Ə.Qəttan həmçinin BMT-dən istəyib ki, Hələbdəki durumla bağlı fövqəladə iclas təşkil edilsin. Türkiyə və Kuveyt də bu iclasın keçirilməsini istəyib. 
 
Qeyd edək ki, Suriya ordusu Hələbin azadlığı uğrunda əməliyyatı noyabrın 20-sində başlamışdı, ötən gün isə terrorçuların tamamilə bu şəhərdən çıxması ilə Hələb işğaldan tam azad oldu. 
 
Suriyanın hökumət qüvvələri və ordu son aylar ərzində ardıcıl olaraq terrorçuları məğlub edərək və onların nəzarətindəki torpaqları azad edir.  
Bəşşar Əsəd iki gün öncə müsahibəsində demişdi ki, Qərb ölkələri və onların regiondakı müttəfiqləri dinc sakinlərin xilasından daha çox terrorçuların xilas edilməsi üçün çalışır. 
 
O deyib ki, Suriya ordusunun Hələbdəki uğurları gözləniləndən daha çox idi, ona görə Qərb ölkələri müxtəlif yollarla Suriya hökumətinə təzyiqləri artırdı ki, terrorçuları xilas eləsin. 
 

Google+ WhatsApp ok.ru