Səudiyyə Ərəbistanından maliyyələşən təşkilat rus səfirin qətlini öz üzərinə götürdü

Səudiyyə Ərəbistanından maliyyələşən təşkilat rus səfirin qətlini öz üzərinə götürdü

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun ölümünə görə məsuliyyəti Ceyş əl Fəth (Fəth ordusu – red.) öz üzərinə götürüb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı İraqın “Əlsumariya” televiziyası yayıb.
 
Qeyd edək ki, Karlov dekabrın 19-da qətlə yetirilib.
 
Ceyş Əl Fəth 2015-ci ildə yaradılıb. Bu koalisiyanın böyük bir qismini Nüsrə Cəbhəsi və Əhrarü Şam terror təşkilatları təşkil edir.
 
Ceyş əl Fəthi maliyyələşdirən əsas ölkələr Səudiyyə Ərəbistanı və Qətərdir.
 

Google+ WhatsApp ok.ru