Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq - AÇIQLAMA

Sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq - AÇIQLAMA

Yeni təqvim ili ərəfəsində "Azərbaycan Dəmir Yolları" QSC gücləndirilmiş iş rejiminə keçəcək.
 
 
Bunu BakiPost.az-a qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova deyib.
 
O bildirib ki, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq: "Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər. Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi də 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni 2017-ci il ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Yeni təqvim ili ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 20-25, bəzən də 30 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək”.
 
Sevinc Qədirova qeyd edib ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.
 

 

Google+ WhatsApp ok.ru