Səlim Müəzzinzadənin heykəli, onun 40 mərasimində açılışı olub

Səlim Müəzzinzadənin heykəli, onun 40 mərasimində açılışı olub

Bu gün tanınmış Əhli-beyt (ə) məddahı Səlim Müəzzinzadənin 40-dır.
 
Maide.Az xəbər verir ki, onun 40 mərasimi Ərdəbilin "Əzəm" məscidində bu gün saat 2-də keçiriləcək. 
 
Qeyd edək ki, məşhur Əhli-Beyt (ə) məddahı Ustad Səlim Müəzzinzadə Ərdəbili noyabrın 22-sində 80 yaşında vəfat edib. 
 
Məşhur məddah, 1936-cı ildə Ərdəbil şəhərində dünyaya gəlib. Növhələrinin çoxunu azərbaycan dilində yazıb. 
 
S.Müəzzinzadə ömrünü Əhli-Beyt (ə) məddahlığına sərf edib. Ondan 2 mindən çox növhə və mərsiyə qalıb. Müəzzinzadə Azərbaycan dili ilə yanaşı həm də fars və ərəb dilində də mərsiyə və növhələr oxuyub. “Zeynəb Zeynəb” mərsiyəsi S.Müəzzinzadənin şah əsəri hesab olunur. 
 
O, görkəmli müəzzin Rəhim Müəzzinzadə Ərdəbilinin qardaşıdır. Atası Əbdülkərim Müəzzinzadə Ərdəbilidə İran radiosunun ilk müəzzini idi. Onun qardaşı Rəhim Müəzzinzadə səsləndirdiyi azanıyla İslam dünyasının müəzzini olmuşdu. Bayatı-Türk üzərində oxuduğu məhşur azanı uzun illərdir məscid minarələrindən ucalır. /
 
 

Google+ WhatsApp ok.ru