Səudiyyə rejimi Yəməndə qadınların yas mərasimini bombaladı

Səudiyyə rejimi Yəməndə qadınların yas mərasimini bombaladı

Səudiyyə rejiminin döyüş təyyarələri Yəmənin Səna əyalətinin Ərhəb rayonunda qadınların iştirak etdiyi yas mərasimini bombardman ediblər.
 
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, hücumda aralarında uşaqlar da olmaqla 8 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.
 
Səudiyyə rejiminin bombardmançı döyüş təyyarələri bu gün səhər saatlarında Saada əyalətini 4 dəfə qadağan olunmuş kasset bombaları ilə bombalayıb.
 
Səudiyyə rejiminin döyüş təyyarələri dəfələrlə Yəmən şəhərlərinə qarşı kasset bombalarından istifadə ediblər.
 
Yəmən ordusu və Ənsarullah hərəkatının raket qüvvələri Səudiyyə rejiminin fevralın 15-də törətdiyi qətliamlara cavab olaraq, gecə saatlarında Səudiyyə Ərəbistanının Asir bölgəsindəki olan Əbha hava limanına ballistik raketlə zərbə endirib. Yəmənli hərbi mənbə ballistik raketin hava limanına dəqiq bir şəkildə düşdüyünü təsdiqləyib. Hava limanında tələfatın olub olmaması ilə bağlı hələlik məlumat verilmir.
 
 

Google+ WhatsApp ok.ru