Səudiyyə Ərəbistanının kralı 1500 nəfərlik qohum-əqrəbası ilə birgə İndoneziyaya səfər edir

Səudiyyə Ərəbistanının kralı 1500 nəfərlik qohum-əqrəbası ilə birgə İndoneziyaya səfər edir

İndoneziya elan edib ki, Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Al Səud tezliklə bu ölkəyə səfər edəcək. 
 
Maide.Az xəbər verir ki, kral Salman bin Əbdüləziz martın 1-dən 9-na kimi İndoneziyada səfərdə olacaq.  
 
Onu bu səfərdə 1500 nəfərlik qohum-əqrəbası müşaiyət edəcək. 
 
Məlumata görə, kral Salman bin Əbdüləziz səfərin 6 gününü Bali sahillərində istirahət edəcək. 
 
Kral Salman bin Əbdüləziz 80 yaşı var və müxtəlif xəstəliklərdən əziyyət çəkir. Ötən il Türkiyəyə səfər zamanı onu səfərdə 300 nəfər müşaiyət edirdi. 
 
O Türkiyəyə səfərində 10 milyon dollar pul xərcləmişdi. 

Google+ WhatsApp ok.ru