Sərnişin təyyarəsi bomba xəbəri üzərinə boşaldıldı

Sərnişin təyyarəsi bomba xəbəri üzərinə boşaldıldı

Dünən gecə İsveçin Stokholm Arlanda hava limanında uçuşa hazırlaşan sərnişin təyyarəsinin uçuşu təxirə salınıb.
 
Polisə gələn bomba xəbərinə görə uçuşu dayandırılan “Thai Airways”ə aid təyyarə hava limanında etibarlı bölgəyə çəkilərək, içindəki 300 sərnişin boşaldılıb.
 
Ətrafında təhlükəsizlik çevrəsi yaradılan sərnişin təyyarəsində bombaların məhv edilməsi üzrə mütəxəssislər işlərini davam etdirir.
 
Polis və bombaların zərərsizləşdirilməsi üzrə qrupların arama işlərinə səhər saatlarına qədər davam etdikləri, işlərin günorta saatlarına qədər sürəcəyi bildirilib.(azadliq.info)

 

Google+ WhatsApp ok.ru