Sərnişin təyyarəsi pərin qopması səbəbilə Sidneyə təcili eniş edib

Sərnişin təyyarəsi pərin qopması səbəbilə Sidneyə təcili eniş edib

Hadisə nəticəsində xəsarət alan olmayıb
 
Avstraliyanın "Regional Express" aviaşirkətinə məxsus təyyarə Sidney Beynəlxalq Hava Limanına təcili eniş edib.
 
"Report" TASS-a istinadən xəbər verir ki, təyyarə havada olarkən onun iki propellerindən (pər) biri yerindən qoparaq düşüb.
 
Göyərtəsində 16 nəfər olan "Saab 340" təyyarəsi Olberi şəhərindən (Yeni Cənubi Uels ştatı) Sidenyə regional uçuş həyata keçirib. Pilotlar işləyən bir pərlə yerə enməyi bacarıb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəza ilə bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru