Sərhədsiz Həkimlər təşkilatı Yəməndə vəba epidemiyası xəbərdarlığını​ etdi

Sərhədsiz Həkimlər təşkilatı Yəməndə vəba epidemiyası xəbərdarlığını​ etdi

Sərhədsiz Həkimlər təşkilatı (MSF) Yəməndə, Səudiyyə rejiminin mühasirəsi və səhiyyə imkanlarının yoxluğu səbəbilə vəbanın artacağı barədə xəbərdarlıq edib.
 
MDF rəsmisi Hassan Əbu Şəir Yəmənin bir çox bölgəsində keçən həftə 570 vəba halına rast gəlindiyini söyləyib.
 
Bir müddət əvvəl Yəmənin Səhiyyə Nazirliyi 1000-ə qədər vəba halına rast gəlindiyi açıqlamışdı.
 
UNİCEF də Yəməndə vəbanın artmaqda olduğunu bildirərək, xəbərdarlıq edib.
 
Səudiyyə rejiminin içməli su şəbəkələrinə hücum etməsi nəticəsində, Yəməndə içməli su problemi baş verib və bu vəziyyət vəba kimi yoluxucu xəstəliklərə səbəb olub.(deyerler.org)
 

Google+ WhatsApp ok.ru