Səudiyyə rejiminin​ əsgərləri Avamiyyədə məktəblərə hücum etdi - VİDEO

Səudiyyə rejiminin​ əsgərləri Avamiyyədə məktəblərə hücum etdi - VİDEO

Səudiyyə rejiminin əsgərləri ölkədə Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Avamiyyə bölgəsinə qarşı hücumlarının 12-ci günündə, bölgədəki məscidlər və evlərlə yanaşı, məktəblərə də atəş açıb.
 
Səudiyyə rejiminin əsgərləri Avamiyyə şəhərinə qarşı hücumlarının davamında şəhərin şimalındakı bəzi qız məktəblərinə atəş açıblar. Hücum nəticəsində bəzi şagirdlərin yaralandığı və məktəblərə də zərər dəydiyi qeyd olunub.
 
Digər tərəfdən Avamiyyədə bəzi vətəndaşların itkin düşdüyü və ailələrinin də məlumat almaq üçün polis mərkəzlərinə müraciət etdikləri qeyd olunub.
 
Bəzi xəbər mənbələri də, Səudiyyə rejiminin​ əsgərlərinin Ər-Rif məhəlləsində bəzi binaların​ yandığını xəbər verib. Yanan binaların söndürülməsinə isə təhlükəsizlik qüvvələrinin mane olduqları bildirilib.(deyerler)

Google+ WhatsApp ok.ru