Səudiyyə rejimi Qətif şəhərinin 14 sakini haqda edam hökmü çıxarıb

Səudiyyə rejimi Qətif şəhərinin 14 sakini haqda edam hökmü çıxarıb

Səudiyyə Ərəbistanın Ali məhkəməsi əsasən şiələrin yaşadığı Qətif əyalətinin 14 sakini haqda verilən edam hökmünü təsdiqləyib.
 
Edam hökmü ilə cəzalandırılanlar 2011-ci ildə və sonra davam edən “Ərəb Bahar” etiraz aksiyalarında iştirak edən gənclərdir.
 
Edama məhkum edilən gənclərin adlarını bir-bir sadalayan əl-Mənar telekanalı  vurğulayıb ki, onlar bu neçə illər ərzində vəkil xidməti hüquqlarından istifadə edə bilməməklə yanaşı həm də ciddi işgəncələrə də məruz qalıblar. Onlardan alınan etiraflar da işgəncələrlə alınıb.
 
Qeyd edək ki, “Ərəb Baharı”ndan sonra Səudiyyə Ərəbistanında edamlarla bağlı BMT-nin, “Human Rights Watch”, Avropa İttifaqı, Beynəlxalq Əfv Təşkilatının və sair beynəlxalq hüquq və siyasi təşkilatların çoxsaylı hesabatları açıqlanıb. Səudiyyə Ərəbistanı “Ərəb baharı” zamanında aksiyalara qatılan yüzlərlə gənci terror ittihamları ilə həbs və edam edib ki, dinc aksiyaların tərəfdarı olan Ərəbistan şiələrinin lideri Ayətullah Nimr Baqir ən-Nimr də o vətəndaşlardan biri idi. (islaminsesi) /

Google+ WhatsApp ok.ru