Səudiyyə Ərəbistan kralının sabiq vəliəhdi ev dustaqlığında 29 İyun 2017 01:00 Siyasət Səudiyyə Ərəbistan kralının keçmiş vəliəhdi Məhəmməd bin Nayif tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra barəsində "ev dustaqlığı" tədbiri seçilib. Maide.Az xəbər verir ki, bu barədə "New York Times" amerikalı bir rəsmiyə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, Məhəmməd bin Nayifə ölkəni tərk etmək qadağan olunub və o Ciddə sahil şəhərində öz sarayında ev dustağıdır. Qeyd edək ki, bir müddət öncə Səudiyyə Ərəbistan kralı Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanı Baş nazirinin müavini və Daxili İşlər naziri vəliəhd Şahzadə Məhəmməd bin Nayifı vəliəhdlikdən azad edərək, öz böyük oğlu Məhəmməd bin Salmanı bu vəzifəyə təyin edib. Kral Məhəmməd bin Nayifi tutduğu bütün vəzifələrdən azad edib. / Teqlər : #Səudiyyə Ərəbistan kralının sabiq vəliəhdi ev dustaqlığında, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Büdcənin gəliri, xərcləri və dövlətin borcu artırılır Fuad Muradov: Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməlidir
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video