Səudiyyə rejiminin şiələrin yaşadığı Əvamiyyədə törətdiyi dağıntılar - FOTO/VİDEO

Səudiyyə rejiminin şiələrin yaşadığı Əvamiyyədə törətdiyi dağıntılar - FOTO/VİDEO

Səudiyyə Ərəbistanı rejiminin qüvvələrinin 58 gündür ki, Qətif əyalətinin şəiələrin məskunlaşdığı əl-Əvamiyyə rayonunu mühasirəyə alaraq əməliyyatlar aparır.
 
"əl-Manar" telekanalının bildirdiyinə görə rayonun sakinlərinə və binalara, iş yerlərinə qarşı aparılan gündəlik hücumlar hələ də davam edir və əsgərlər bu obyektləri müxtəlif silahlarla atəşə tutur. Əməliyyatların keçirilməsinə səbəb Əvamiyyə rayonunun Məsura qəsəbəsində yaşayan şiələrdir ki, Səud rejimi onları özünə müxalif bilir və bu qəsəbəni dağıdıb park salmaqla müxaliflərini bu yolla aradan qaldırmaq istəyir. Yerli əhali isə qəsəbənin söklməsinin əleyhinədir.
 
Yeni yayımlanan fotolar 58 günlük mühasirə və dağıntılardan sonra rayondakı təxribatın hansı səviyyədə olduğunu nümayiş etdirir. (islaminsesi) /
 
 
 
 
 

Google+ WhatsApp ok.ru