Səfir: Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi payızadək həll olunacaq

Səfir: Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi payızadək həll olunacaq

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi məsələsi yaxın iki ay ərzində həll olunacaq.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
 
Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı əlaqələndirməyi, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyi nəzərdə tutur. Birinci mərhələdə bu dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük nəqli planlaşdırılır.
 
Rəşt-Astara hissəsinin tikintisi İrana 1,1 milyard dollara başa gələcək. Bu vəsaitin bir hissəsinin - 500 milyon dolların Azərbaycan hökumətindən kredit qismində cəlb edilməsi nəzərdə tutulur.
 

Google+ WhatsApp ok.ru