Səudiyyə rejiminin məhkəməsi daha 29 fəal Əhli-Beyt (ə) ardıcılının edam qərarını təsdiqləyib

Səudiyyə rejiminin məhkəməsi daha 29 fəal Əhli-Beyt (ə) ardıcılının edam qərarını təsdiqləyib

Səudiyyə rejiminin məhkəməsinin Qətif, Əl-Hasa və Mədineyi Münəvvər bölgəsində yaşayan 29 fəal Əhli-Beyt (ə) ardıcılının edam qərarını təsdiq etdiyi bildirilib.
 
"Al-Ahed News" saytının xəbərinə görə, Əhli-Beyt (ə) ardıcıllarının sıx yaşadığı Qətif bölgəsi başda olmaqla ölkənin şərq bölgəsində aylardır Səudiyyə rejimi təzyiq siyasətini davam etdirir. Xəbərdə, "İcazəsiz aksiyalara qoşulmaq və bu səbəblə də gənc Əhli-Beyt (ə) ardıcıllarına qarşı mürtəce qərarlar çıxarılır" deyilib.
 
Səudiyyə rejimi bu yaxınlarda Qətif şəhərində “terror fəaliyyətində iştirak etmək” ittihamı ilə 4 fəal Əhli-Beyt (ə) ardıcılını edam etmişdir. Səudiyə rejiminin Daxili İşlər Nazirliyi həmin şəxslərin Zaher Əbdülrəhim Hüseyn Əl-Bəsri, Yusif Əli Abdullah Əl-Mişaixeş, Məhdi Muhəmməd Həsən Əl-Sayiq və Əmcəd Naji Hasan Əl-Moaybəd olduğunu açıqlamışdır. (deyerler) /
 

Google+ WhatsApp ok.ru