Səudiyyə rejim hərbiçiləri Əvamiyyə əhalisinə RPG qumbaraatanla hücum edir - VİDEO 31 İyul 2017 01:00 Dünya Səudiyyə rejim hərbiçiləri artıq bir neçə aydır ki, ölkənin şərqində Əvamiyyə şəhərində ağır və yüngül silahlarla insanların evlərinə hücum edir və onları evlərindən çıxarmağa çalışır. Maide.Az xəbər verir ki, Ali-Səud rejim hərbiçiləri havan topu və artilleriya ilə Ərəbistanın Əvamiyə bölgəsində müdafiəsiz şiələrə hücum edir. Buldozer və tanklarla onların evlərini dağıdır. Sosial şəbəkələrdə yayımlanan videoda Əvamiyyə bölgəsində Səudiyyə rejim hərbiçilərinin bir məktəbin binasından dinc sakinlərin evlərini RPG qumbaraatanla hədə aldığı görsənir. Əvamiyyə bölgəsində alti ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Son günlər Ali-Səud rejim qüvvələri Əvamiyyə, Qətif və Əhli-beyt (ə) ardıcıllarının məskunlaşdığı digər bölgələrə hücumları artırıb. Ali-Səud qüvvələri insanların evlərini atəşə tutur və evlərini tərk etməyə məcbur edir. Səudiyyə rejim qüvvələri ölkənin şərqində Əvamiyyə, Qətif və digər qəsəbə və kəndlərdə insanları heç bir ittiham irəli sürmədən həbs edir. / Teqlər : #Səudiyyə rejim hərbiçiləri Əvamiyyə əhalisinə RPG qumbaraatanla hücum edir VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Sistaniyə qarşı terror aktının qarşısı alınıb HDP-nin Batman millət vəkili Ayşe Acar Başaran saxlanılıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO