Səudiyyə Ərəbistan rejimi 20 min Əhli-beyt (ə) ardıcılını evlərindən didərgin salıb

Səudiyyə Ərəbistan rejimi 20 min Əhli-beyt (ə) ardıcılını evlərindən didərgin salıb

Səudiyyə Ərəbistan rejimi əsasən şiələrin məskunlaşdığı Qətif əyalətinin Əvamiyyə şəhərində yaşayan 20 min Əhli-beyt (ə) ardıcılını evlərindən didərgin salıb. 
 
Maide.İnfo “İqna”-a istinadən xəbər verir ki, səudiyyəli insan hüquqları fəalı Əmir Nimr, "Russia Today"-a verdiyi bir müsahibəsində, Qətif əyalətinin əl-Əvamiyyə şəhərində 20 min şiənin yerindən-yurdundan didərgin düşdüyünü açıqlayıb.
 
Ə. Nimr Səudiyyə Ərabistanında şiələrin məruz qaldığı təzyiqlərə toxunaraq deyib: "2012-ci ildən etibarən Qətif əyalətinin Əvamiyyə bölgəsində xalq bəzi islahatların həyata keçirilməsini tələb edir. Bu islahatlar sadəcə şiələrə deyil, sünnilər üçün də istənilir.
 
Ə.Nimr Əhli-beyt (ə) ardıcıllarının məcburi şəkildə evlərindən çıxarılması və didərgin salınması ilə bağlı müstəqil araşdırmalar aparılmasını tələb edib. 
 
Əvamiyyə bölgəsində altı ildir ki, Ali-Səud rejiminin şiələrə qarşı represiyaları əleyhinə dinc aksiyalar təşkil olunur. Etirazçılar Ərəbistan rejimindən istəyir ki, siyasi islahatlar etsin və ayrıseçkilikdən əl çəksin. Səudiyyə rejiminin qüvvələri 3 aydan artıq idi ki, Qətifin əl-Əvamiyyə rayonunda, xüsusilə də əl-Musəvvirə qəsəbəsinə hücumlarını həyata keçirirdi. Əvamiyyədə 500-dən çox mənzilin dağıldığı, əl-Musəvvirə qəsəbəsinin 30 min sakinin tam təxliyə edildiyi deyilir.
 
Səudiyyə rejimi qüvvələri bölgədə komendat saatı tətbiq etsələr də, bölgədən görüntülər mediaya sızmaqdadır. /

Google+ WhatsApp ok.ru