Səudiyyədə şiə vətəndaşların yaşadığı şəhərdən dəhşətli görüntülər  - VİDEO

Səudiyyədə şiə vətəndaşların yaşadığı şəhərdən dəhşətli görüntülər - VİDEO

Səudiyyə Ərəbistanında şiə vətəndaşların yaşadağı əl-Əvamiyyə şəhərinin 80 gün basqından sonrakı vəziyyəti
 
Səudiyyənin şərqində Qətif əyalətinin əl-Əvamiyyə şəhəri edam edilmiş Şeyx Baqir Nimr ən-Nimrin doğulub, boya başa çatdığı şəhərdir. 2011-ci ildə ərəb baharı zamanı digər ərəb ölkələrindəki kimi burada da əhali siyasi islahatların keçirilməsi tələbi ilə dinc aksiyalar keçirdilər. Bu aksiyalara rəhbərlik edən Şeyx Baqi Nimr ən-Nimr (2015-ci ilin dekabrında edam edildi. 
 
Bundan sonra əl-Əvamiyyə kütləvi aksiyaların şahidi oldu. Amma dinc şəkildə. Cari ilin may ayının əvvəlindən başlayaraq, Səudiyyə rejimi qüvvələri şəhəri sakitləşdirmək üçün yeni planı həyata keçirməyə başladılar. 3 əsr yaşı olan əl-Əvamiyyənin və onun tarixi əl-Musəvvirə qəsəbəsinin sakinlərinin köçürülməsi və yenidən qurulması.
 
Təbii ki bu plan dinc aksiyaların ilham mənbəyi olan əl-Əvamiyyəni susdurmaq üçün idi. Mayın əvvəlindən başlayan "əməliyyat" şəhərdə və qəsəbədə olduğu iddia edilən "silahlılar"a qarşı idi. Onlarla mülki insan həlak oldu və onlarla digərindən hələ də xəbər yoxdur. əl-Əvamiyyə dağıdıldı xüsusilə də əl-Musavvirə qəsəbəsi yerlə-yeksan edildi.
 
Səudiyyə rejimi bölgəyə əcnəbi KİV-lərin girməsinə ciddi qadağa qoydu. Bölgədən əldə edilən görüntülər də bəzən daxildən sosial şəbəkələr vasitəsilə əldə edilənlər idi.
 
BBC son günlərdə əl-Əvamiyyənin boşaldılmasından və dağıdılmasından sonra daxildən yeni çəkilişlər həyata keçirib ki onu təqdim edirik: (İslaminSesi)
 

Google+ WhatsApp ok.ru