Səhiyyə Nazirliyi: İl ərzində tibb işçilərinin 10-11 faizi  sertifikasiyadan kəsilir

Səhiyyə Nazirliyi: İl ərzində tibb işçilərinin 10-11 faizi sertifikasiyadan kəsilir

Ötən il yanvarın 1-dən başlayaraq Azərbaycanda tibb işçilərinin resertifikasiya (5 ildən bir təkrar sertifikasiyası) mərhələsi başlayıb.
 
Maide.Az-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Səhiyyə Mütəxəssislərinin Sertifikasiya şöbəsinin sənəd qəbulu və qeydiyyatı bölməsinin müdiri Müşgünaz Şahmuradova bildirib ki, həmin müddətdən bu günə kimi sertifikasiyada iştirak etmək üçün 8358 həkimə buraxılış verilib. Onlardan 6452 nəfəri sertifikasiyadan keçərək şəhadətnamə alıb:
 
“Həmin şəxslərdən 3597-si təkrar sertifikasiyadan keçənlərdir. Orta tibb işçilərinin resertifikasiyası isə bu ilin yanvar ayından keçirilib. 18406 orta tibb işçisinə resertifikasiyadan keçmək üçün buraxılış verilib. Onlardan 14557 nəfəri sertifikasiyadan uğurla keçərək şəhadətnamə qazanıb. Sertifikasiyadan keçənlərin 1098 nəfəri təkrar sertifikasiyada iştirak edənlərdir. İl ərzində sertifikasiyadan kəsilənlərin sayı ümumi iştirakçıların 10-11% təşkil edir”. (apa)
 

Google+ WhatsApp ok.ru