Səudiyyəyə səfər edən Livan baş naziri elə oradan istefa verdiyini açıqladı

Səudiyyəyə səfər edən Livan baş naziri elə oradan istefa verdiyini açıqladı

-- O həyatına qarşı sui-qəsd hazırlandığını iddia edib

Son bir həftə ərzində iki dəfə Səudiyyə Ərəbistanına səfər edən Livanın baş naziri Saad Həriri istefa verib.
 
Hazırda da Səudiyyə Ərəbistanında olan Livan baş naziri elə buradan "Əl-Ərəbiyyə" telekanalı vasitəsilə istefasını açıqlayıb.
 
Həriri istefasına səbəb kimi bir sıra məsələləri, o cümlədən Livanda təhlükəsizliyin vəziyyətini göstərib. O həmçinin həyatına qarşı sui-qəsd hazırlandığını da iddia edib. Keçmiş baş nazir Hizbullah və İranın da ünvanına bəzi ittihamlar səsləndirib.
 
Qeyd edək ki, Həriri 2009-cu ildən 2011-ci ilə qədər, həmçinin 2016-cı ildən bu vəzifəni tutub.
 

 

Google+ WhatsApp ok.ru