Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi

Sərnişin elə qışqırdı ki, təyyarə məcburi eniş etdi

-- Çinin `Sichuan Airlines` aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.

Çinin "Sichuan Airlines" aviaşirkətinə məxsus təyyarə məcburi eniş edib.
 
Trend-in məlumatına görə, təyyarə ekipajının məcburi enişetmə barədə qərar qəbul etməsinin maraqlı səbəbi olub. Belə ki, təyyarədə olan 22 yaşlı gənc yorğun olduğu üçün hallyüsinasiyalara qapılıb və qəflətən yerindən sıçrayaraq təyyarənin girov götürülməsi barədə qışqırmağa başlayıb.
 
Gənc "Məni girov götürürlər! Onların əlində biçaq və silah var!" deyə qışqırıb.
 
Təyyarədəkilərin onu sakitləşdirmək cəhdləri boşa çıxıb və təyyarə məcburi eniş edib.
 
Çanşa aeroportunda həmin sərnişin reysdən uzaqlaşdırılıb.
 

Google+ WhatsApp ok.ru