Səudiyyədə saxlanılan Livan baş naziri Beyruta dönüb

Səudiyyədə saxlanılan Livan baş naziri Beyruta dönüb

-- əl-Həririnin hansı statusla Livana dönməsi və bundan sonrakı məqsədləri hələ məlum deyil

Livan baş naziri Səd əl-Həriri Səudiyyədə verdiyi istefadan 3 həftə sonra Beyruta dönüb.
 
Səd əl-Həriri Parisdən sonra Misirdə bir neçə saatlıq səfərdən sonra nəhayət Beyruta dönüb.
 
Livan baş naziri (eyni zamanda Səudiyyə vətəndaşı) ayın əvvəlində Səudiyəyə səfəri zamanı qəflətən istefa vermişdi. Onun ekranlanlara çıxmaması və Livana dönməməsi bunu göstərirdi ki Səudiyyə rejimi Livan baş nazirini istefaya məcbur edib. O zaman Livan baş naziri istefasının mətnində ölkəsindəki vəziyyətə görə İranla Hizbullahı günahlandırmışdı.  Livan prezidenti Mişel Oun da əl-Həririnin saxlanıldığını bildirmiş və onun azad edilməsini tələb etmişdi.
 
Fransa və digər ölkələrin təzyiqindən sonra ər-Riyad əl-Həririnin Səudiyyədən çıxmasına icazə verib.
 
Əl-Həriri bir neçə gün öncə Fransaya gedən zaman Livanın istiqlaliyyət gününə özünü ölkəyə çatdıracağını və 74 illik istiqlaliyyət bayramında iştirak edəcəyini bildirmişdi.
 
Lakin əl-Həririnin hansı statusla Livana dönməsi və bundan sonrakı məqsədləri hələ məlum deyil.(islaminsesi)
 

Google+ WhatsApp ok.ru