Səudiyyə rejiminin mühasirəsi nəticəsində 13 mindən çox yəmənli xəstə həyatını itirib

Səudiyyə rejiminin mühasirəsi nəticəsində 13 mindən çox yəmənli xəstə həyatını itirib

-- tibbi ləvazimat çatışmazlığına görə...

Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiyanın Səna beynəlxalq aeroportunu mühasirə etməsinə görə, 13 min 400-dən çox yəmənli xəstə dünyasını dəyişib.
 
Maide.Az "Al-Aləm" televiziyasına istinadən xəbər verir ki, Yəmənin səhiyyə nazirliyi xəbərdarlıq edib ki, bu ölkənin xəstəxanaları Yəmənin mühasirəsi nəticəsində yaranan tibbi ləvazimat çatışmazlığına görə, işini dayandırmaq təhlükəsi ilə üzləşib. 
 
Bir müddət öncə BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Cimi Mak-Qoldrik deyib: Səudiyyə Ərəbistanının Yəmən hava limanları və dəniz limanlarını mühasirəsinə dərhal son qoyulmalıdır. Çünki Yəməndə vəba epidemiyasının və aclığın daha da geniş yayılmasına səbəb olacaq. 
 
Xatırladaq ki,  2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində Yəməndə 20 milyon nəfərin - əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub.
 
Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib.   
 
Ötən altı ay ərzində Yəməndə 900 min yəmənli uşaq vəbaya tutulub. 
 
 

Google+ WhatsApp ok.ru