Səudiyyənin tərəfdarları Yəməndə İran səfirliyini yandırıblar-VİDEO

Səudiyyənin tərəfdarları Yəməndə İran səfirliyini yandırıblar-VİDEO

-- İran, tərəfləri sabitliyi qorumağa....

Yəmən paytaxtı Sənada İran səfirliyinə hücum edilib.
 
Bu barədə Yəmən mətbuatı məlumat verib. 
 
Bildirilib ki, Yəmən paytaxtında Əli Abdullah Salehin başçılıq etdiyi “Xalq Konqresi” partiyasının “Ənsarullah”a qarşı üsyan mesajından sonra paytaxtda bir neçə kvartalda qarşıdurmalar başlayıb.
 
O cümlədən İran səfirliyinə də hecum edilib və səfirlikdə yanğın törədilib.
 
“Ənsarullah” (husilər) paytaxtda Əli Abdullah Salehin qüvvələrinin çevrilişə cəhdinin qarşısını alıb.
 
İran, tərəfləri sabitliyi qorumağa, təfriqəyə yol verməməyə və Yəmən düşmənləri qarşısında bir olmağa çağırıb.
 
Səudiyyə Ərəbistanı koalisiyasının təyyarələri bundan öncə paytaxta hava zərbələri zamanı İran səfirliyinin yaxın ərazilərini də hədəfə almışdı.(İslaminsesi)

Google+ WhatsApp ok.ru