Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır?

Səudiyyə Ərəbistanı müharibəyə hazırlaşır?

-- 2018-ci ilin büdcəsinin təxminən üçdə biri hərbi xərclərə ayrılıb

Səudiyyə Ərəbistanı rəhbərliyi 2018-ci ilin büdcəsinin təxminən üçdə birini hərbi və təhlükəsizlik sahəsindəki xərclərə ayırıb.
 
Bu barədə Krallığın Maliyyə Nazirliyi yazılı bəyanatla çıxış edib.
 
Bildirilir ki, 2018-ci ilin büdcəsinin 21,5 faizini təşkil edən 210 milyard rial (56 milyard dollar) hərbi xərclərə, 10,3 faizi olan 101 milyard rial (27 milyard dollar) isə təhlükəsizlik xərclərinə sərf olunacaq.
 
Səudiyyə Ərəbistanı büdcəsinin 19,7%-ni təşkil edən 192 milyard rial (52 milyard dollar) təhsil, 15%-ni təşkil edən 147 milyard rial (39 milyard dollar) isə səhiyyə xərcləri üçün nəzərdə tutulub.
 
Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı rəhbərliyi dünən açıqlayıb ki, 2018-ci il üçün büdcə 978 milyard riyal (260,8 milyard dollar) təşkil edəcək.(faktxeber)
 

Google+ WhatsApp ok.ru