Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək 13 Aprel 2018 01:00 Ölkə -- Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək Aprelin 21-dən sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Maide.Az bildirir ki, bu barədə Sputnik-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib. Dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcək. Bakı-Kiyev qatarı Bakı sərnişin stansiyasından həftədə bir dəfə — həftənin VI günləri saat 01-35-də yola düşəcək, Kiyev stansiyasına 23.04.2018-ci ildən etibarən həftənin I günləri saat 11-46-da çatacaq və həmin gün saat 14-37-də əks istiqamətə yola düşəcək. Qatar 26.04.2018-ci ildən etibarən həftənin IV günləri saat 04-10-da Bakı sərnişin stansiyasına çatacaqdır. Teqlər : #Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah ölkə ərazisində gözlənilən hava şəraiti Azərbaycan əhalisi ərzağa nə qədər xərcləyib?