Səudiyyə rejim qüvvələri Yəməndə 14 mülki şəxsi öldürdü

Səudiyyə rejim qüvvələri Yəməndə 14 mülki şəxsi öldürdü

-- 4 yaralı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri Yəməndə mülki şəxslərə atəş açıb.
 
Maide.Az xarici KİV-lərə istinadən xəbər verir ki, Mavza əyalətində bazardan qayıdan mülki vətəndaşları daşıyan avtobus təcavüzkar Səudiyyə rejim qüvvələri tərəfindən raket atəşinə tutulub.
 
Nəticədə 14 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Xatırladaq ki, Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb.
 
Nəticədə vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Bu günə qədər 2200-dən çox insan vəba xəstəliyindən dünyasını dəyişib.
 
 

 

Google+ WhatsApp ok.ru