Səudiyyə  rejim təyyarələri Yəməni bombaladı

Səudiyyə rejim təyyarələri Yəməni bombaladı

-- Hadidə vilayətində

Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiya qüvvələrinin təyyarələri  Yəməni bombalayıb.
 
Maide.Az “Al Masirah”a  istinadən xəbər verir ki, rejim qüvvələri əl-Hadidə vilayətində 14 bölgəni bombalayıb.
 
Hücum zamanı ölən və yaralananlar barədə məlumat verilməyib. 
 
Səudiyyə Ərəbistanın başçılıq etdiyi  Ərəb koalisiyasının Yəmənə təcavüzü  3 ildir ki, davam edir. Səudiyyə rejiminin başçılığı altında körfəz ölkələrinin Yəmənə qarşı həyata keçirdiyi təcavüzkar hücumlar bu yoxsul ərəb ölkəsində qidalanma, təmiz su və tibbi ləvazimat çatışmazlığı kimi problemləri yaradıb. Nəticədə vəba virusu başda olmaqla difteriya epidemiyası kimi xəstəliklərin yaranmasına gətirib çıxarıb. 
 

Google+ WhatsApp ok.ru