Səudiyyə hökuməti İsrail rejiminə 16 min kvadrat kilometrlik ərazi bağışlayıb - Neom Layihəsi

Səudiyyə hökuməti İsrail rejiminə 16 min kvadrat kilometrlik ərazi bağışlayıb - Neom Layihəsi

Səud rejimi bir müddət əvvəl elan etdiyi Neom layihəsi çərçivəsində 16 min kvadrat kilometrlik ərazini şahzadə Məhəmməd İbn Salmanın özəl mülkiyyəti elan edib. "Qadağan olunmuş bölgə" adı verilən əraziyə Şarma, Suğra, Muveylih, Duba və Emlec kimi ərazilər daxildir. Ahbar el-Suudi xəbər agentliyinin bildirdiyinə görə vəliəhd hazırda bu əraziyə daxil olan şəhərlərdəki əhalini təxliyyə edir. Tebük bölgəsi olaraq adlandırılan bölgənin yaxın gələcəkdə İsrail rejimi ilə birlikdə reallaşdırılacaq hərbi fəaliyyətin məkanı olaraq seçiləcəyi deyilir.  Qeyd edək ki, Təl Əviv və Riyad rejimləri bir müddət əvvəl birlikdə kəşfiyyat fəaliyyəti aparacaqlarını və hərbi fəaliyyətlərinin birləşdirəcəklərini ayrı-ayrılıqda açıqlamışdılar. 
 
Misir tərəfindən Səudiyyəyə verilən Sənafir və Tiran adaları "Qadağan olunmuş bölgə"nin sərhəddindədirlər. İsrailin Akebe körfəzinin sərhəd bölgələrindən olan Eylat da bura ilə yanaşıdır. İsrail rejiminin ən böyük hərbi dəniz bazasının yerləşdiyi Eylat bölgəsi "İkinci İsrail" olaraq planlanan "Neom Layihəsi"-nin kəsişmə nöqtəsindədir. Digər tərəfdən bunu da da qeyd edək ki, "Qadağan olunmuş bölgə" neftlə və zəngin qızıl mədənləri ilə məşhurdur. 
 
Araşdırmaçı Mehmet Emin Akın Təbük bölgəsində elan edilən bu yeri İsrailə strateji imkanlar verəcəyini və dik təpələri kimyəvi silah depoları olaraq istifadə etməyə hazırlandığını iddia edib. Məhəmməd İbn Salmanın İranın qorxusundan tamamilə İsrail-Amerika himayəsinə girdiyini deyən Akın bu bölgənin həmçinin İsrail rejimin quru və hava hərbi təlimləri üçün ayırlığını deyib. Bölgənin zəngin neft və qızılla zəngin olduğunu qeyd edən Akın Misir, İordaniya və BƏƏ-nin də bu layihəyə ortaq olduğunu və Sənafir, Tiran adalarının da məhz bu məqsədlə səudlara verildiyini deyir. 
 
 
Səud rejimindəki bu gedişi Yeni Şafak qəzeti üçün dəyərləndirən jurnalist Mustafa Özcan bununla krallığın fəlakətə sürükləndiyini deyib: "İsrail üçün bu bölgənin ələ keçirilməsi strateji əhəmiyyət daşıyır. Şahzadə Məhəmməd öz şəxsi iqtidarını yaratmaq naminə hər cür güzəştə getməyə hazırdır. O təcrübəsiz bir idarəçidir. Onun siyasi ehtirası bölgəni fəlakətə sürükləyir". 
 
Özcan həmçinin İsrail rejimin tarixi bir qisasa doğru getdiyinidə vurğulayıb: "İsrailoğulları tarixi Xeyber qalası da olmaqla bir çox yerlərə dönüş etməyi planlayır". (islaminsesi.info)

Google+ WhatsApp ok.ru