Səudiyyə Yəməndə xəstəxanaya və bazara aviazərbələr endirdi; azı 185 ölü və yaralı 03 Avqust 2018 01:00 Yəmən Səudiyyə Ərəbistanı və başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə növbəti cinayəti törədib. Belə ki, ötən gün Səudiyyə Ərəbistanı və müttəfiqlərinə məxsus hərbi aviasiya Yəmənin Hudeyda şəhərinin mərkəzi xəstəxanası olan Əl-Sura xəstəxanasını ağır bombardmana məruz qoyub. Xəstəxananın ağır yaralıları qəbul edən zaman aviazərbələrə məruz qaldığı qeyd edilir. Koalisiya təyyarələri hərəkətdə olan təcili tibbi yardım avtomobillərini də hədəf alaraq partladıb. Eyni zamanda Hudeyda şəhərində yerləşən balıq bazarı bombardmana məruz qalıb. Yəmən Səhiyyə Nazirliyinin mətbuat katibi Dr. Yusif Hathiri 55 nəfərin həyatını itirdiyini, 130 nəfərin isə yaralandığını bildirib. Həyatını itirənlərin sayının artacağının istisna edilmədiyi qeyd olunub. Qeyd edək ki, Səudiyyənin hücumlarına rəğmən liman şəhərinin böyük hissəsi hələ də Husilərin nəzarətindədir. Hudeyda şəhəri Yəmənə ərzaq və dərman yardımlarının keçid nöqtəsi olması səbəbilə əhəmiyyət daşıyır. (eastnews.org) Teqlər : #Səudiyyə Yəməndə xəstəxanaya və bazara aviazərbələr endirdi; azı 185 ölü və yaralı , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT Yəməndə müharibə tərəflərini sülhə çağırır BMT Yəməndə hamilə qadınların durumu ilə bağlı narahatdır
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'