Səudiyyə Ərəbistanı Kanadaya uçuşları dayandırır

Səudiyyə Ərəbistanı Kanadaya uçuşları dayandırır

Səudiyyə Ərəbistanının "Saudi Arabian Airlines" aviaşirkəti avqustun 13-dən etibarən Kanadanın Toronto şəhərinə uçuşları dayandıracaq.
 
Maide.Az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Hava Yollarının rəsmi açıqlamasında qeyd olunub.
 
Bildirilir ki, əvvəlcədən alınmış biletlərin qaytarılması və təxirə salınmasında heç bir məhdudiyyət olmayacaq. Toronto sərnişinləri üçün alternativ yollar tapılacağı da qeyd edilib. 
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə Kanada arasında münasibətlər Krallıqda bəzi fəalların həbsinə Ottavanın etirazından sonra gərginləşib.
 
Krallıq Kanada səfirini “arzuolunmaz şəxs” elan edərək ona ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.
 
Səudiyyə Ərəbistanı, həmçinin, Kanada ilə bütün ticarət əlaqələrini kəsdiyini də elan edib.
 

Google+ WhatsApp ok.ru